Magellan boğazı

coğ. Magellan (détroit de)

mafraqlıq
magistral
OBASTAN VİKİ
Magellan boğazı
Magellan boğazı (isp. Estrecho de Magellenes). Boğaz Odlu Torpaq arxipelaqı ilə Cənubi Amerika materikini bir-birindən ayırır. Boğazın bəzi yerlərdə eni 3,5 km-ə çatır. Sahil hissələrində fiortlara rast gəlinir ki, bu da həmin hissədə gəmiçiliyə mane olur. Boğazın şərqdən qərbə ümumi uzunluğu 575 km təşkil edir. Ən dayaz yeri 20 m-dir. Bu boğazı keçən ilk avropalı Fernando Magellan olmuşdur. Uzun müddət Cənub torpağı adlı qitəsinin bir parçası olma ehtimalı vardı. == Tarixi == 21 oktyabr 1520-ci ildə güclü küləklər Magellanın gəmisini boğazın girişində olan buxtaya salır.
Ferdinand Magellan
Fernan Magellan (port. Fernão de Magalhães [fɨɾˈnɐ̃w̃ ðɨ mɐɡɐˈʎɐ̃ȷ̃s], isp. Fernando (Hernando) de Magallanes [(f)eɾ'nando ðe maɣa'ʎanes], lat. Ferdinandus Magellanus) (təq. 1480, Ponti-da-Barka[d], Portuqaliya krallığı – 27 aprel 1521, Maktan adası, Mərkəzi Visay[d]) — Portuqaliyalı dənizçi və səyyah. == Həyatı == Fernan Magellanın anadan olduğu yer Portuqaliyadır. Onun ailəsi haqqında da az məlumat vardır, ancaq onun əslən zadəgan ailəsindən olduğu məlumdur. Magellanın ailəsində özündən başqa 4 uşaq da olub, lakin onların taleyi barədə heç bir məlumat saxlanmayıb. Portuqaliyalıların Hindistana qarşı bir neçə yürüşündə iştirak edib. Portuqaliyaya qayıtdıqdan sonra ona aşağı vəzifə verildiyinə görə öz ölkəsini tərk edərək İspaniyaya köçüb və burada da ailə həyatı qurub.
Fernan Magellan

Fernando Magellan

Magellan buludları
Magellan buludları — anlayış özündə Böyük Magellan Buludu və Kiçik Magellan Buludunu birləşdirir. Bizim kimi şimal yarımkürəsinin digər sakinləri də bu gözəlliyi görməkdən məhrumdurlar. Bu qalaktikalar, yəni Böyük və Kiçik Magellan buludları cənub yarımkürəsindən müşahidə olunur. Hətta binoklsuz və ya teleskopsuz belə, cənub yarımkürəsində onları görmək mümkündür. Təxminən 180 min işıq ili uzaqlıqda yerləşən Magellan Buludları bizim qalaktikamızın çox yaxınındadırlar. Bizim qalaktikamız Süd Yolu qalaktikasının peykləri hesab olunan bu qalaktikalar "cırtdan" qalaktikalar hesab olunur. Cırtdan dedik sizə kiçik bir cisim kimi gəlməsin. Belə ki, Böyük Magellan Buludu 30 min işıq ili genişliyindədir və 1 milyarda qədər ulduza ev sahibliyi edir. Kiçik Magellan Buludu isə bir az daha kiçik olub, 20 min işıq ili genişliyindədir. Bu qalaktikaya isə 3–5 milyon ulduz daxildir.
Magellan buludu

Magellan pinqvini
Magellan pinqvini (lat. Spheniscus magellanicus) — Eynəkli pinqvinlər cinsinə daxil olan növ. Növ Fernan Magellanın şərəfinə adlandırılmışdır. O, pinqvinlərin yaşama arelını kəşf etmişdir. == Arelı == Bu canlıların əsas yayılma arealı Pataqoniya sahilləri, Odlu Torpaq arxipelaqı, Xuan Fernandez adaları və Folklend adalarıdır. Bəzi fərdlər hətta Rio-de-Janeyro və Perunun cənub sahillərində müşahidə edilmişdir. Yumurtaya hər iki valideyn 40 gün müddəti ərzində nəzarət edir. Dişi adətən 1 və ya iki yumurta qoyur. Bu növə daxil olan fərdlərin ümumi sayi 1,8 milyon baş olması ehtimal edilir == Xarici görüşü == Yetkin xərdlər 70–80 sm uzunluğa, 5–6 kq çəkiyə malik olurlar. Arxa hissəsi qara, ön hissəsi isə ağ rəngdə olur.
Magellan çovdarçıları
Magellan çovdarçıları (lat. Pluvianellidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi. == Təsviri == Magellan çovdarçısının kürək və döşü açıq boz rəngdə, digər yerləri isə ağ rəngdə olur. Qısa qırmızı ayaqları və qırmızı gözləri var. Cavan fərdlərdə göz və ayaqlar sarımtıl rəngdə olur. Quşların çağırışları göyərçinlərin çağırışına bənzəyir. == Çoxalması == Magellan çovdarçısı suya yaxın yerdə yuvalayır və yerə 2 iri yumurta qoyur. Adətən bir cücəsi sağ qalır. == Qidalanması == Magellan çovdarçısı xırda onurğasızlarla qidalanır.
Evrip boğazı
Evrip boğazı (yun. Εύριππος) — Egey dənizi akvatoriyasında yerləşən Evbeya adasını Beotiya bölgəsindən ayırır. Ən dar yerdə eni 38 m təşkil edir. Boğazın dar yerində küləklərin təsiri ilə qeyri-adı axınlar baş verir. Hər 7 saatdan bir axınların sürəti yavaşıyır. Qədim zamanlarda boğazın cənubunda Oront şəhəri vardı. Şimal hissədə isə Halkida adası vardır ki, Evbeya adasının inzibati mərkəzidir. Boğaz üzərində iki körpü var: biri asma körpü olaraq 215 m, digəri isə ən dar yerdə yerləşir.
Florida boğazı
Florida boğazı — Meksika körfəzi ilə Atlantik okeanı birləşdirir. Şimalda Florida yarımadası və Florida-Kis adalarını Kuba adasından ayırır. Uzunluğu 650 km, eni 150 km, orta dərinliyi isə 150 m təşkil edir. Boğaz ərazisindən Florida cərəyanı keçir. Boğaz ABŞ və Kuba arasında sərhəd təşkil edir.
Folklend boğazı
Folklend boğazı Folklend adaları arasında yerləşir. Qərbi Folklend adasını Şərqi Folklend adasından ayırır. Boğazı ilk dəfə 1690-cı ildə Jons Stroug adlandırmışdır. İspanlar isə adaya 1768-ci ildə San Karlos gəmisində ayaq basmış və buranı gəminin adına uyğun olaraq Estrecho de San Carlos adlandırdılar. Boğazın yerləşdiyi ərazi 400 milyon il bundan öncə meydana gəlməyə başlamışdır. Relyefin əmələ gəlməsi litosfer tavaların ayrılması və toqquşması nəticəsində formalaşmışdır. Boğazın uzunluğu 90 km , ən dar yeri isə 4,5 km təşkil edir. Boğazın daxilində bir sıra kiçik adalar mövcuddur: Qreyt, Paqqlz, Tissen, Svan Aylends və s.
Foresund boğazı
Foresund boğazı (isv. Fårösund) - İsveçə məxsus Qotland adasını Fore adasından ayırır. Uzunluğu 8 km, eni 1,5 – 4 km, dərinliyi şimal-qərbdə 3,3 m, cənub-qərbdə isə 6,5 m təşkil edir. Hələ 1712-ci ildə boğazın cənub-şərqində artilleriya batereyası yerləşdirir. 1721-ci ildə Niştads anlaşması imzalandıqdan sonra istehkam nisbətən zəifləyir. XIX əsrdə yeni istehkam inşa edilir. 1900-1902-ci illərdə istehkamlar o dövrün müasir silahları ilə gücləndirilir. == Mənbə == Nordisk familjebok. - Stockholm, 1908.
Forlandsundet boğazı
Forlandsundet boğazı (norv. Forlandsundet) - Qərbi Şpisbergen adasını Şahzadə Karl Torpağı adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Qrenland dənizinin akvatoriyasına daxildir. Boğaz Şpisbergen arxipelaqına daxil adaları ayırır. Uzunluğu 88 km təşkil edir. Qərbi Şpisbergen adasının boğaz sahili ərazisi II Oskar Torpağı adlandırılır. Boğazın şərq hissəsində Enqelşbuxta körfəzi yerləşir.
Hekate boğazı
Hekate boğazı (ing. Hekate Strait - Hayda-Quani və materikdən (Britaniya Kolumbiya) ayırır. Dikson-Entrans boğazını Şahzadə Şarlota körfəzi ilə birləşdirir. Ən enli hissədə eni 140 km, ən dar yerdə isə 48 km təşkil edir. Boğazın uzunluğu 260 km-dir. Ən dərin yeri 45 m olaraq şimalda yerləşir. Qışda havası çox sərt və soyuq olur. Burada güclü dalğalar müşahidə edilir. Tufanlar və küləklərin sürəti 46 km/s-a çatır. Boğazın suları dəniz məhsulları ilə zəngindir.
Hove boğazı
Hove boğazı (ing. Howe Sound - Vankuverdən şimal-qərbdə fyordlarla əhatələmişdir. Boğaza qiriş Corciya boğazı vastəsi ilə olur. Boğaz üçkünc formaya malik olub, cənub - şərqi qurtaracağında Corciya boğazı ilə birləşir. Boğazın uzunluğu 42 km təşkil edir. Burada çoxlu sayda adalar vardır. Onlardan cəmi 3-ü nisbətən iridir. Boğazın materik sahilləri sıldırımlıdır. Şərq sahillərində vulkan məşəlli süxurlar geniş yayılmışdır. Burada 20 dəniz mili gücündə küləklər əsir.
Hudzon boğazı
Hudzon boğazı ing. Hudson Strait (Skandinaviyadan cənubda yerləşir)-Şimal Buzlu okeanında yerləşən Kanada ərazisində Baffin Torpağı adasını (cənub) Labrador yarımadasını (şimal) ayırır. Boğaz Labrador dənizini daxili Foks və Hudzon körfəzi, cənub-şərqdə isə Unqava körfəzi ilə birləşir. Boğaz akvatoriyasında Mill, Solsberi, Hottingem, Çarlz, Biq-Aylənd, Botton, Rezolyuşen, Edzell, Digges, Qudvin adaları yerləşir. Uzunluğu 800 km, eni şərqdə 115 km, qərbdə 240 km təşkil edir. Dərinliyi 115–704 m-dir. Qabarma 12 m təşkil edir. Fırtınalar müşahidə edilir. Boğaz 4 ay gəmiçilik üçün açıq olur. Boğaz 1610-cu ildə onu üzüb keçən Henri Hudzonun şərəfinə adlandırılıb.
Huvadu boğazı
Huvadu boğazı (ing. Suvadiva Channel, One and Half Degree Channel, Maldiv dili Huvadu Kandu)- Maldiv adaları arasında yerləşən Xaddummati və Suvadiv atolları arasında yerləşir. Qədim fransız xəritələrində "Courant de Souadou" adlanır. Boğaz ərazisində Kaşalotların su səhinə çıxması müşahidə edilir. == Ədəbiyyat == Divehiraajjege Jōgrafīge Vanavaru. Muhammadu Ibrahim Lutfee. G.Sōsanī. Xavier Romero-Frias, The Maldive Islanders, A Study of the Popular Culture of an Ancient Ocean Kingdom.
Hörmüz boğazı
Hörmüz boğazı (Ərəbcə: مَضيق هُرمُز‎ Maḍīq Hurmuz, Farsca:تَنگِه هُرمُز Tangeh-ye Hormoz) Oman körfəzi ilə Fars körfəzi arasında strateji cəhətdən əhəmiyyətli boğazdır. Boğaz avestada qeyd olunan xeyir tanrısı Hörmüzün adını daşıyır. Şimal sahilində, İran və cənub sahilində Birləşmiş Ərəb Əmirlikləri və Omanın eksklavı Musandam yerləşir. Boğazın ən ensiz yerindəki genişliyi 54 km (34 mil) dir. Bu neft ixrac edən Fars körfəzinin geniş sahələri üçün açıq okeana yeganə dəniz keçididir və dünyanın strateji cəhətdən ən əhəmiyyətli Tıxanma nöqtələrindəndir. == İstinadlar == == Əlavə oxumaq == Wise, Harold Lee. Inside the Danger Zone: The U.S. Military in the Persian Gulf 1987-88. Annapolis: Naval Institute Press. 2007. ISBN 1-59114-970-3.
Kabot boğazı
Kabot boğazı - Kanadanın şərqində Müqəddəs Lavrentiya körfəzinin bir hissəsi olaraq Keyp-Breton adası ilə Nyufaundlend adası arasında yerləşir. Uzunluğu 110 km, eni 9,1–18 km, dərinliyi 3660 m təşkil edir. Boğazın adı italiyalı dənizçi Con Kabotun şərəfinə adlandırılmışdır. Hər iki sahilində iri şəhərlər vardır: Sanel-Port-o-Bask və Sidney.
Kafirefs boğazı
Kafirefs boğazı (yun. Καφηρέας) — Egey dənizi akvatoriyasında yerləşən Evbeya və Andros adaları arasında yerləşir. Adı qədim yunan əfsanəsi ilə əlaqədardır. Eni 11 km təşkil edir. Boğazda güclü axınlar müşahidə edilir. Şimaldan cənuba doğru yönələn axınlar Qara dənizdən Mərmərə dənizinə və oradan da Aralıq dənizi istiqamətinə yönəlir. Boğazda eyni adlı burun vardır. Bu burunun qədim yunan əsatirlərində adı çəkilir.
Kalmarsund boğazı
Kalmarsund boğazı (isv. Kalmarsund) - İsveçə məxsus Eland adasını Skandinaviya yarımadasından ayırır. Uzunluğu 130 km, eni 5 – 25 km təşkil edir. 1972-ci ildə boğazın üzərində Eland körpüsü inşa edilmişdir. Materik ilə ada arasında körpü hər iki tərəfin avtomagistral xətlərini birləşdirir. Bölgədə ekoloji vəziyyət gərgindir. Belə ki, kənd təsərrüfatında istifadə edilən azot və fosfor gübrələri buna yol açır. Ərazi Şimali Avropada ən qədim yaşayış məskənləri məhz burada yerləşir.
Kammon boğazı
Kammon boğazı (yap. 関門海峡) — Kyuşu adası ilə Honşu adası arasında yerləşən boğaz. Bəzən Anato (yap. 穴戸海峡), Bakan (yap. 馬関海峡), Şimonoseki (yap. 下之関海峡). Bəzi hallarda ayrı-ayrı boğazlar şəbəkəsi olaraq qeyd edilir. == Əhali == Boğazın yerləşdiyi rayon ərazisində 1.3 milyon insan yaşayır. Boğazın Honsü adası sahillərində Şimonoseki, Kyuşu adası sahilində isə Kitakyuşu şəhəri yerləşir. Yaxınlıqdakı Kitakyusyu hava limanı 2006-cı ildə inşa edilmişdir.
Kennedi boğazı
Kennedi boğazı ing. Kennedi Channel - Qrenlandiya adasını Elsmir (ada)sından ayırır. Nersa boğazının davamında yerləşir. Keyna körfəzini Xoll körfəzi ilə birləşdirir. Boğazın uzunluğu 130 km, eni isə 24–32 km arası dəyişir. Dərinliyi 180–340 m təşkil edir. Boğaz 1854-cü ildə şimal qütbünə təşkil edilən ekspedisiya rəhbəri İlaysem Keyro tərəfindən kəşf edilir. Adına gəldikdə isə bir neçə variant vardır. Bəziləri Kennedi adı Keynanın dostu Vilyam Kennedinin şərəfinə adlandırıldığı bildirilir. Oda qütb tətqiqatçısıdır.
Kij boğazı
Kij boğazı (rus. Кижский пролив) - Kareliya Respublikası ərazisində Oneqa gölündə yerləşən Klimenes adasını materikdən ayırır. Ən dar yerdə eni 100 m təşkil edir, bu hissə gəmiçilik üçün təhlükəlidir. Uzunluğu 20 km, dərinliyi 10 m təşkil edir.
Kildinski boğazı
Kildinski boğazı (rus. Килдинский пролив)- Barens dənizində yerləşən Kildin adasını Kola yarımadasından ayırır. Uzunluğu 19 km, eni 0.7–4 km arası dəyişir. Dərinliyi 142 m təşkil edir. Mərkəz hissədə 14 m dərinliyə malik dayazlıq vardır. Sahilində Priqonnıy, Koroviy, Maqilnıy (Kildin adası) və Toporkova Paxta, Cevray (Kola yarımadası) burnuları vardır. Cənub hissədə Kopenkol və Puçi, şimalda Moqilnıy buxtası yerləşir. Boğaza Zarubıxa və Çörpaya çayları axır. Boğaz adını eyni adlı adanın adından götürmüşdür. Burada Şərqi və Qərbi Kildin yaşayış məntəqələri vardır.